Скачать презентацию MÖVZU 5 DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI DÖVRÜ 1 DÜNYA Скачать презентацию MÖVZU 5 DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI DÖVRÜ 1 DÜNYA

Presentation1 - Recovered.pptx

  • Количество слайдов: 12

MÖVZU 5: DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI DÖVRÜ 1. DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI PROSESI 2. DÜNYA IQTISADIYYATINDA MÖVZU 5: DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI DÖVRÜ 1. DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI PROSESI 2. DÜNYA IQTISADIYYATINDA TICARƏT MÜNASIBƏTLƏRININ GENIŞLƏNMƏSI 3. İNHISARLARIN YARANMASI

DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI PROSESI • Beynəlxalq iqtisadi münasibətlər ayrı ölkələrin inkişafına, onların Dünya birliyində DÜNYA TƏSƏRRÜFATININ FORMALAŞMASI PROSESI • Beynəlxalq iqtisadi münasibətlər ayrı ölkələrin inkişafına, onların Dünya birliyində özlərinə məxsus yer tutmalarına səbəb olur. Bu münasibətlərin məntiqi nəticəsi kimi Dünya təsərrüfat sistemi mey dana gəlmişdir. Dünya təsərrüfatı mürəkkəb quruluşa malikdir və öl kələrarası istehsal kooperasiyasını, iş qüvvəsinin miqrasiyasını, xari ci ticarəti, kapitalın və investisiyaların hərəkətini, elm və texnika sahə sin də qarşılıqlı əlaqələri, valyuta kredit münasibətlərini və s. əhatə edir. • Dünya təsərrüfatının tarixən birinci mərhələsi Dünya kapitalist təsərrüfatının meydana gəlməsi olmuşdur. Dünya kapitalist təsərrüfatı isə XIX əsrin ortalarında iri maşın lı sənayenin inkişaf etməsi və Dünya bazarının yaranması əsasında formalaşmışdır. • Dünya kapitalist təsərrüfatının yaranması bir tərəfdən, dəniz donanmasında yük daşınmasının artmasına, iri limanların tikilməsinə, kanalların, qitələlarası dəmir yollarının çəkilməsinə əsaslanmış, digər tərəfdən isə bunların inkişafını sürətləndirmişdir. Lakin bir qədər son ralar və müasir dövrdə avtomobil nəqliyyatı və beynəlxalq əhəmiyyətli avtomobil yolları, habelə aviasiya daha sürətlə inkişaf etməyə baş lamışdır. Bu sahədə Dünya rabitə (radio, kabel, peyk və i. a. ), habelə güclü elektron hesablama maşınlarına əsaslanan informasiya sistemi də böyük rol oynamışdır. • Dünya təsərrüfatının ikinci mərhələsi Dünya sosialist təsərrüfa tının meydana gəlməsi olmuşdur. Bunun bünövrəsi 1917 ci ildə bolşe viklərin iqtisadi cəhətdən geridə qalmış Rusiyada hakimiyyəti zorla ələ keçirmələri nəticəsində dünyada qüvvələr nisbətinin dəyişməsi və keçmiş Sovet Ittifaqının güclü hərbi və iqtisadi qüvvəyə çevrilməsi ilə qoyulmuşdur. Ikinci Dünya müharibəsinin gedişində isə bir sıra ölkə lər də yaranmış obyektiv və subyektiv amillərdən istifadə edən "mütərəqqi" qüvvələr hakimiyyətə gəldikdən sonra, onlar da Çar Ru siyasının yolu ilə getmiş və beləliklə də "Dünya sosialist təsərrüfatı" meydana gəl miş dir. Lakin möhkəm təməl üzərində qurulmamış bu "Dünya təsərrüfatı" uzun müddət yaşaya bilməmiş və 1990 cı illərin əvvəl lərində tarix mey da nında nüfuzdan düşüb dağılmışdır.

 • Buradan aydın olur ki, Dünya kapitalist təsərrüfatı hazırda ye ganə hakim təsərrüfatdır, • Buradan aydın olur ki, Dünya kapitalist təsərrüfatı hazırda ye ganə hakim təsərrüfatdır, ümum. Dünya təsərrüfatı onun bazasında for malaşır və inkişaf edir. Bu, onunla izah edilir ki, dünyanın bütün öl kə ləri az və ya çox dərəcədə beynəlxalq əmək bölgüsünə (BƏB) daxil dirlər və müasir ETI nin təsiri ilə onun daha da dərinləşməsi iqtisadi əla qələrin genişlənməsini sürətləndirir. Hər bir ölkənin iqtisadi müba dilədə iştirak etməsi isə ona öz tələbatını daha tam və az xərclə ödəməyə imkan verir. Və bu əsas üzərində BƏB in bütün iştirakçılarında qarşı lıqlı əlaqələrin inkişaf etdirilməsinə və deməli, iqtisadi əməkdaşlığa ma raq yaradır. Bəs, beynəlxalq əmək bölgüsü nədir? • Beynəlxalq əmək bölgüsü, əmək bölgüsünün ən yüksək for ma sıdır. BƏB dedikdə, ayrı ölkələrin müəyyən məhsul növlərinin isteh salı sahəsində ixtisaslaşmaları və həmin məhsulları öz aralarında müba dilə etmələri nəzərdə tutulur. BƏB ilk dəfə XX əsrin əvvəllərində bey nəlxalq kapitalist əmək bölgüsü formasında meydana gəlmişdir. • BƏB in əsasını Dünya bazarı və ölkələr arasındakı iqtisadi mü na sibətlərin digər formaları təşkil edir. Onun inkişaf etməsinin əsas sə bə bi isə bütün bəşəriyyət üçün ümumi olan elmi texniki tərəqqinin qa nu nauyğunluqlarıdır. Başqa sözlə, Dünya birliyinə daxil olan ölkələr öz aralarında elmi texniki, ən yeni məhsul növləri istehsalı, elmi tədqi qat la rın və konstruktor işlərinin nəticələrinin mübadiləsi sa hə sində əməkdaşlıq etməyə maraqlıdırlar. Müasir dövrdə nəinki isteh sal dairə sində, həmçinin elmi fəaliyyət sahəsində də əmək bölgüsünün zəruriliyi meydana çıxır. BƏB ə coğrafi amillər, ayrı regionlarda bu və ya di gər təbii ehtiyatların olması da təsir göstərir. Müasir şəraitdə ən kəs kin vaxtlarda birinə elektrik enerjisi verməklə energetika ehtiyat la rından, habelə dəniz və okeanların sərvətindən səmərəli isti fa də etmək sahəsində də ölkələrin öz aralarında iqtisadi əməkdaşlığa gir mə ləri im kanları meydana gəlmişdir. • BƏB öz növbəsində istehsalın beynəlmiləlləşməsinə səbəb olur. Bu, müxtəlif ölkələrin milli təsərrüfatları arasında əlaqələrin meydana gəlməsi və dərinləşməsini ifadə edən obyektiv prosesdir. Istehsalın bey nəl miləlləşməsi Dünya miqyasında ictimailəşmənin spesifik forması olmaqla, cəmiyyətin iqtisadi həyatını əhatə edir və özünü bütün sahə lər də – istehsal, bölgü, mübadilə və istehlak – biruzə verir. Istehsalın beynəl mi ləlləşməsi beynəlxalq iqtisadi münasibət lərin inkişaf etməsinin obyektiv əsasıdır. Bütün bunlar ölkələr arasında iqtisadi münasibətlərin obyektiv xarakter daşıdığını göstərir. Doğ rudur, müəyyən sinfi mənafe lər Dünya təsərrüfat əlaqələrinə mane ola, yaxud da onu məhdudlaşdıra bilər. Lakin onların həyata keçirilməsinin obyektiv zəruriliyi labüd ola raq özünə yol açmışdır və bundan sonra daha da inkişaf edəcəkdir. • Dünya təsərrüfat əlaqələrinin güclənməsinin əsasını təşkil edən amillər dəyişməz deyildir və müasir dövrdə onların əhəmiyyəti daha da artır. Bu, Dünya iqtisadiyyatının beynəlmiləlləşməsi, müasir elmi tex ni ki inqilabın hərtərəfli xarakter daşıması, informasiya və kommu nika si ya vasitələrinin yeni rolu, yer kürəsində mövcud olan ehtiyatların vəziy yəti və s. əlaqədardır.

DÜNYA IQTISADIYYATINDA TICARƏT MÜNASIBƏTLƏRININ GENIŞLƏNMƏSI • İqtisadi ədəbiyyatda Dünya ticarəti belə səciyyələndirilir: DÜNYA IQTISADIYYATINDA TICARƏT MÜNASIBƏTLƏRININ GENIŞLƏNMƏSI • İqtisadi ədəbiyyatda Dünya ticarəti belə səciyyələndirilir: "Bey nəlxalq ticarət dedikdə, müxtəlif ölkələrdə alıcılar, satıcılar və vasi təçilər arasında həyata keçirilən alqı satqı prosesi nəzərdə tutulur". • Beynəlxalq ticarət idxal və ixracdan ibarətdir. Bunların ara sındakı nisbət ticarət balansı adlanır. BMT nin nəşr etdirdiyi statistik məcmuələrdə Dünya ticarətinin həcmi və dinamikası haqqında mə lu mat lar bütün ölkələrin ixrac etdikləri məhsulların və göstərdikləri xid mət lərin ümumi məbləği kimi verilir. • Qədim zamanlarda meydana gəlmiş Dünya ticarəti XVIII əsrin axırları və XIX əsrdə xeyli inkişaf etmiş, genişlənmiş və beynəlxalq əmtəə pul münasibətləri sabit xarakter almışdır. Bu prosesə sə nayecə daha çox inkişaf etmiş bir sıra ölkələrdə (İngiltərə, Hollandiya və b. ) iri maşınlı sənayenin əmələ gəlməsi və geniş vüsət alması təkan vermişdir. Bu prosesə həmin ölkələrə iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdən xammal idxal olunması da təsir göstərmişdir. Sənayecə inkişaf etmiş ölkələr zəif inkişaf etmiş ölkələrdən idxal et dikləri xammalların əvəzinə onlara, əsas etibarilə istehlak təyinatlı məhsullar ixrac edirlər. • Lakin XX əsrdə Dünya iqtisadiyyatı bir sıra böhranlarla üz ləşmişdir. Bunlardan biri 1914 1918 ci illərdə birinci Dünya müharibəsi ilə əlaqədar baş verən böhrandır. Bu böhran ikinci Dünya müharibəsinə qədər davam etmiş və əmtəə dövriyyəsinə mənfi təsir göstərmişdir. Bundan başqa, ikinci Dünya müharibəsindən sonra, imperializmin müstəmləkə sisteminin dağılması ilə əlaqədar olaraq Dünya ticarəti yeni çətinliklərlə üzləşmişdir. Lakin sonralar bu çətinlikləri ara dan qaldırmaq mümkün olmuşdur. Bunu belə bir faktdan aydın görmək olar ki, ikinci Dünya mü haribəsindən sonra Dünya ticarətinin inkişaf sürəti xeyli yüksəl miş dir. Belə ki, dünyada ixrac olunan məhsulların orta illik artım sürəti 50 ci illərdə 6%, 60 cı illərdə 8, 2%, 1970 1991 ci illərdə 9%, 1991 1995 ci illərdə 6, 2% olmuşdur. 1 Bununla əlaqədar olaraq Dünya ticarətinin həc mi də artmışdır. Məsələn, o, 1965 ci ildə 172 mlrd. dollar, 1970 ci ildə 193, 4 mlrd. , 1975 ci ildə 816, 5 mlrd. , 1980 ci ildə 1, 9 trln. , 1990 ci ildə 3, 3 trln. , 1995 ci ildə isə 5 trln. dollardan çox olmuşdur. 1 Buna bir sıra amillər təsir etmişdir. • Bunlardan biri ikinci Dünya müharibəsindən sonrakı dövrdə yeni sahələrin yaradılması və köhnə sahələrin texniki cəhətdən yenidən qurulmasıdır. Bu, onunla əlaqədardır ki, elmi texniki inqilabın təsiri ilə beynəlxalq miqyasda predmet (son məhsul üzrə), detal (hissələrin, de talların və s. istehsalı üzrə), texnoloji (ayrı əməliyyatların, texnoloji proseslərin həyata keçirilməsi üzrə) ixtisaslaşdırma və kooperasi ya laş dır ma dərinləşmişdir. Bu isə ona gətirib çıxarmışdır ki, adi kommer si ya ticarəti ilə yanaşı, beynəlxalq miqyasda istehsal – texniki əlaqələrə xid mət gös tərən əmtəə dövriyyəsi də artmışdır. Istehsalın beynəlxalq miq yasda ixti saslaşdırılması və kooperasiyalaşdırılmasının dərinləşməsi Dünya tica rətinin liberallaşdırılmasına, onun məhdudlaşdırılmasının qar şısının alın masına və gömrük vergisinin əhəmiyyətli dərəcədə azal dıl masına səbəb olmuşdur. • •

 • Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə • Dünya ticarətinin artım sürətinə əvvəllərdə iqtisadi cəhətdən geridə qalmış ölkələrin bu prosesə fəal qoşulmaları da əhəmiyyətli təsir göstərmişdir. Belə ki, müstəqillik qazandıqdan sonra həmin ölkələrin səna yeləşdirmə yolunu seçmələri, onların sənayecə inkişaf etmiş öl kə lərdən daha çox maşın və avadanlıq idxal etmələrinə səbəb olmuşdur. • Proqnozlara görə Dünya ticarətinin yüksək sürəti yaxın gələ cəkdə qalmaqda davam edəcəkdir. • Dünya ticarətinin quruluşunu öyrənərkən nəzərə almaq la zım dır ki, statistik məcmuələrdə əmtəələr beynəlxalq miqyasda qəbul edil miş ticarət təsnifatı ilə qruplaşdırılır. Dünyada olan bütün öl kələr, o cümlədən də Azərbaycan Respublikası əmtəələrin kodlaşdı rıl ması siste mindən istifadə edirlər. • Dünya ticarətinin quruluşu elmi texniki inqilabın və bey nəl xalq əmək bölgüsünün təsiri ilə dəyişir. Hazırda Dünya ticarətində ema ledici sənayenin məhsulları daha yüksək xüsusi çəkiyə malikdir. Başqa sözlə, Dünya əmtəə dövriy yəsinin 3/4 hissəsi onun payına düşür. Maşın, avadanlıq, nəqliyyat vasitələri, kimyəvi məhsulların xüsusi çə kisi daha sürətlə artır. Ərzaq məhsulları, xammal və yanacağın xüsusi çəkisi təq ribən 25% ə bərabərdir. • Elm tutumlu əmtəələrin və yüksək texnologiya ilə istehsal olu nan məhsulların ticarəti daha dinamik inkişaf edir. Bu isə öz növ bə sində ölkələrarası xidmətlərin, xüsusilə elmi texniki, istehsal, kom mu nikasiya və maliyyə kredit xarakterli xidmətlərin mübadiləsini sti mul laşdırılır. Bu da öz növbəsində (xüsusilə də informasiya – hesab lama, konsaltinq, lizinq, injinirinq) istehsal təyinatlı əmtəələr üzrə Dünya tica rətinə marağı artırır.

İNHISARLARIN YARANMASI • Kapital yığımı prosesində kapitalın təmərküzləşməsi və mərkəzləşməsi inkişaf edir. Bunun əsasında İNHISARLARIN YARANMASI • Kapital yığımı prosesində kapitalın təmərküzləşməsi və mərkəzləşməsi inkişaf edir. Bunun əsasında iri müəssisələr yaranır. Texniki üstünlüyə malik olmaq, istehsal prosesini ən yaxşı təşkil etmək, ümumi xərclərə qənaət etmək, əməyin yüksək məhsuldarlığı, kreditdən istifadə imkanlarının böyük olması iri müəssisələrin mühüm üstünlüklərini təşkil edir və tədricən sənaye istehsalında onların rolunu artırır. Rəqabət mübarizəsinin kəskinləşməsi, kapitalizmin inkişafının ümumi bərabərsizliyi, iqtisadiyyatdakı böhranlar birinci növbədə xırda müəssisələrin iflasına səbəb olur. XIX əsrin sonu XX əsrin əvvəlində istehsalın texniki və təşkili cəhətdən təkmilləşdirilməsi inkişaf etmiş kapitalist ölkələrində xüsusilə intensiv şəkildə həyata keçirilmişdir. Polad əridilməsinin bessemer (1856 cı il) və Marten (1864 cü il) üsullarının, sulfat turşusunun istehsalının iqtisadi metodlarının (1861 ci il) kəşfi, dinamo maşınının (1867 ci il), buxar turbininin (1883 1885 ci illər), daxili yanma mühərrikinin (1885 1886 cı illər), elektrik enerjisinin uzaq məsafəyə verilməsi üsulunun (1891 ci il), Dizel motorunun (1893 cü il) ixtirası və çoxlu başqa xərclər və ixtiralar XIX əsrin sonunda sənaye istehsalında fasiləsiz zəncirvari texniki yenidən qurmalara gətirib çıxardı. Elə bir dövr başlanır ki, azad rəqabət əsasında kapitalın və istehsalın təmərküzləşməsi və mərkəzləşməsi yeni mühüm proseslərin meydana gəlməsinə səbəb olur. İctimai istehsalın əsas hissəsi bir qrup iri müəssisələrdə cəmləşdirilmiş, onlar tərəfindən inhisara alınmışdır. İnhisar azad rəqabəti əvəz edir.

İSTEHSAL INHISARÇILIĞININ AŞAĞIDAKI FORMALARI VARDIR: • Kartel • Sindikat • Trest • Konsern • İSTEHSAL INHISARÇILIĞININ AŞAĞIDAKI FORMALARI VARDIR: • Kartel • Sindikat • Trest • Konsern • Konsorsium

KARTEL • K a r t e l – eyni bir istehsal sahəsinin bir KARTEL • K a r t e l – eyni bir istehsal sahəsinin bir sıra müəssisələrinin elə birləşməsidir ki, onun iştirakçıları istehsal vasitələri və istehsal olunmuş məhsul üzərində öz mülkiyyətinin saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İstehsal olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır. Kartellər Almaniyada daha geniş yayılmışdır. ABŞ da zəhmətkeş kütlələrin kartellər əleyhinə mübarizəsi hüquqi qaydada rəsmiləşdirilmiş kartel sazişlərinə qarşı yönəldilmiş trestlər əleyhinə qanunvericiliyin meydana gəlməsinə səbəb olmuşdur.

SINDIKAT • S i n d i k a t – yekcins əmtəələr istehsal SINDIKAT • S i n d i k a t – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı müəssisələrin bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi istehsal olunduğu sahələrdə yaradılır. Rusiyada artıq XX əsrin əvvəllərində sindikatlar geniş yayılmışdır. Rusiyanın metallurgiya sənayesinin bütün məhsulunun 4/5–nü inhisarlaşdıran “Prodamet” sindikatı 30 metallurgiya zavodunu birləşdirmişdir. “Mis” sindikatı mis məhsulları satışının 90% nə sərəncam verirdi. 1909 cu ilin əvvəlində Rusiyada sənayenin 45 sahəsində fəaliyyət göstərən 140 inhisar birliyi mövcud idi.

TREST • T r e s t – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada TREST • T r e s t – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur. Sindikatdan fərqli olaraq trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi məcburi deyildir.

KONSERN • K o n s e r n – formal olaraq müstəqil, üzərlərində KONSERN • K o n s e r n – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır. 60 cı illərdə, xüsusi ilə, ABŞ da böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Konqlomeratlar biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.

KONSORSIUM • K o n s o r s i u m – son KONSORSIUM • K o n s o r s i u m – son zaman inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir ayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər. Konsorsium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir. İmperializmin inkişafının ilk dövrlərində hər bir kapitalist ölkəsi üçün inhisarın bu və ya digər forması səciyyəvi olmuşdur. Almaniyada kartellər, Rusiyada və Fransada sindikatlar, ABŞ da trestlər, Yaponiyada konsernlər üstünlük təşkil etmişdir. Hal hazırda xalis şəkildə sindikatlara və trestlərə demək olar ki, rast gəlinmir. Çox sahəli konsernlər inhisar birliklərinin üstünlük təşkil edən forması olmuşdur. XIX əsrin 60 cı illərində, xüsusilə ABŞ da, çox qısa bir vaxtda və böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Müəssisələrin arasında istehsal əlaqələri mövcud olan çoxsahəli konsernlərdən fərqli olaraq, konqlomeratlar biri ilə funksional əlaqəsi olmayan müəssisələrin (kompaniyaların) tərəfindən udulması yolu ilə yaradılmışdır. Ancaq hazırki dövrdə onların çoxu dağılmış, yaxud iflasa uğramışdır.