e4a79169d7056bb9fd0ef05267c641f8.ppt
- Количество слайдов: 12
Kompyuterin tərkib hissələri • Hazırladı: Gəncə şəhəri İ. Məmmədov adına 27 nömrəli riyaziyyat, informatika və fizika təmayüllü məktəb-liseyin 5 xis şagirdi Fərid Musayev
Kompyuterin əsas hissələri Monitor • • • Monitor - kompyuterin xarici qurğusu. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Monitorlar əsasən 3 növə bölünür: CRT (Cathode Ray Tube) - elektron şüa borusu, böyük ölçülü monitorlar; LCD (Liquid Crystal Display) - kristal maye ekranlı, yastı panelli monitorlar; Plazma ekranlı monitorlar - xüsusi texnologiya ilə hazırlanan yastı, böyük ölçülü monitorlar.
Maus • Fiziki olaraq siçan istifadəçinin əli altında yerləşdirilir, bir və ya daha çox düymədən ibarət olur. Bundan başqa siçanın təkəri də ola bilər ki, bu da istifadəçiyə onu rahat hərəkət etdirməklə nişanlamaq istədiyi obyektin üzərinə siçanın işarəsini gətirməyə kömək edir. • Siçan vasitəsilə komputerə müxtəlif əmrləri vermək, obyekti ekran boyu hərəkət etdirmək, əyrilər çəkmək və s. işləri görmək olar. Siçan əlimizin davamı hesab edə bilərik. Siçan ekranda olan göstəricisinin (kursorun) hərəkətini idarə edir. Siçan düz səthin – iş stolunu üzərində hərəkət edərkən ekrandakı göstərici vəziyyətini dəyişir (yaxşı olar ki, stolun üstündə kiçik "xalça " olsun). Siçanla ekranda istənilən əyrini həm də yüksək sürətlə çəkmək olar.
Klaviatura • Klaviatura yada Keyboard informasiyanın kompyuterə daxil edilməsi və kompyuterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğudur. Fərdi kompyuterin yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın xarici görünüşü və strukturu dəyişməmişdir. Lakin 1995 -ci ildə, Windows əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.
Sistem bloku • Sistem blokunun korpusu müxtəlif modifikasiyalarda istehsal olunur: stolüstü, nazikprofil stolüstü, mini-qüllə, monoblok və s. Sistem blokunun korpusu dəmir və ya plastik ola bilər. Sistem blokunun içində aşağıdakı qurğular olur: • Qida qurğusu. • Qoşulan komputer qurğularının yerləşdirilməsi üçün bölmələr. • Komputeri işə salma, söndürmə, yenidən yükləmə düymələri və bəzən də başqa düymələr. • Müxtəlif indikatorlar. • Bunlardan əlavə aşağıdakı xırdalıqlar da vardır: • Sistem blokunun içi. Sistem blokunun korpusuna vintlə ana plata birləşdirilir. Korpusun bölmələrinə diskovodlar və başqa qurğular bərkidilir. Ana platanın sistem şinlərinin detallarına lazımi kontroller plataları taxılır.
Əlavə qurğular Skaner – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır. Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompyuterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların əvəzi yoxdur.
Web Kamera.
Səs ucaldıcılar.
Printer • Printer kompyuterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s. ) çap etmək üçündür. Kompyuter üçün ilk printer 19 -cu əsrdə Çarl Bebbic tərəfindən yaradılmış "Fərqlər Aparatı"() üçün yaradılıb. Hal hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompyuterlərə printerlər əsasən LPT (Line Printer Terminal) və ya USB () portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50 Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12 Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür. Bir kompyuterə qoşulan printer şəbəkədə olan digər kompyuterlərdən alınan məlumatı çap edə bilər.
Mikrafon
Qulaqcıq
e4a79169d7056bb9fd0ef05267c641f8.ppt