
c826f9f733382f2afcc1aee4dc66053d.ppt
- Количество слайдов: 51
DƏRİNİN, DƏRİALTI TOXUMANIN, PERİTONARXASI SAHƏNİN İRİNLİ XƏSTƏLİKLƏRİ. ÇANAĞIN FLEQMONASI. .
DƏRİNİN, DƏRİALTI PİY TOXUMASININ İRİNLİ XƏSTƏLİKLƏRİ Tez-tez rast gəlinən irinli xəstəliklərdəndir Irinli xəstəliklərin 30℅ təşkil edir Ən çox hallarda bu xəstəliklərin törədicisi stafilokokkdır
DƏRİNİN, DƏRİALTI PİY TOXUMASININ İRİNLİ XƏSTƏLİKLƏRİN YARANMASINA GƏTİRƏN SƏBƏBLƏR Toxumaların yerli rezistentliyinin azalması Orqanizmin ümumi rezistentliyinin aşağı düşməsi Mikrofloranın xəstəliyin inkişafı üçün kifayət qədər olması
FURUNKUL Tük folikulının və onu əhatə edən toxumanın irinli-nekrotik iltihabıdır. Prosesin inkişafı zamanı iltihab prosesi piy vəzisinə və onu əhatə edən ətraf toxumalara keçir Səbəbi qızılı stafilokokkdır
FURUNKUL
FURUNKUL
FURUNKUL
ETİOLOGİYA Dəridə olan çatlar, çirklənmə, sanitar-gigenik tələblərə riayyət etməmək, şəkərli diabet, avitaminoz, soyuqdəymə və s. furunkulın əmələ gəlməsinə səbəb olur Tük olmayan dəridə furunkul əmələ gəlmir (əlin içində, əyağın altında)
KLİNİKA Tükün kökü ətrafında pustula əmələ gəlir. Pustula dibində isə düyünə bənzər kiçik bir iltihabi infiltrat qeyd olunur. Infiltrat üzərində olan dəri hiperimik olur, palpasiya zamanı ağrı qeyd edilir Infiltratın başında nekrotik sahə əmələ gəlir 3 -7 sutkaya infiltrat tam əriyir Irinlə birlikdə nekroza uğramış toxumalar və saç qalıqları xaric olunur Furunkul tək və çox ocaqlı, furunkulyoz şəklində olur Bir neçə il remissiyadan sonra çoxsaylı furunkulla biruza olan furunkulyoza xroniki residivli furunkulyoz deyilir
MÜALİCƏ Yataq rejimi Ümumi quvvətləndirici Dezintoksikasyon Iltihab əleyhinə müalicə Imunostimulyasyon terapiya Yerli müalicə
KARBUNKUL Bir neçə tük folikulının və piy vəzisinin birləşmiş irinlinekrotik iltihabi prosesidir. Onun nəticəsində dəridə və dərialtı piy qatında ümumi geniş nekroz baş verir Karbunkul çox hallarda stafilokokk, az hallarda isə streptokokk mənşəli olur Karbunkul limfangit, limfadenit, tromboflebit, meningit və sepsis kimi xəstəliklərlə ağırlaşır Klinikası infeksiyaya məxsus əlamətlərlə keçir
KARBUNKUL Bu növ karbunkulu qara yara xəstəliyi nəticəsində yaranan karbunkulla differensasiya etmək lazımdır Qara yara xəstəliyi nəticəsində yaranan karbunkulun mərkəzində bərk qara ağrısız nekroza uğramış strup qeyd olunur Qara yara regionar limfadenit və ümumi intoksikasiya əlamətləri ilə müşahidə olunur
KARBUNKUL
KARBUNKUL
MÜALİCƏ Stasionarda yataq rejimində aparılır Ümumi anesteziya altıda irinli-nekrotik ocağın cərrahi işlənilməsi (nekrotik sahələrin kəsilib götürilməsi) aparılır Antibakterial, dezintoksikasyon, iltihab əleyhinə və ümumi qüvvətləndirici terapiyanın aparılması mütləqdir Proses üzdə yerləşəndə xəstəyə danışmaq qadağan olunur və duru yeməklər təyin olunur
HİDRADENİT Apokrin tər vəzilərinin irinli iltihabı nəticəsində yaranır. Əsasən qoltuq altlnda, aralıq və qadınlarda döş gilələri ətrafında yerləşir Infeksiya zədələnmiş dəridən və ya vəzilərin axacıqlarından limfa damarları vasitəsiylə daxil olur Dəri qatında bərk bir aqrılı düyün əmələ gəlir. Düyün əridikdə flüktuasiya simptomı müsbət olur
HİDRADENİT Furunkuldan fərqli olaraq hidradenit zamanı pustula və nekroz əmələ gəlmir limfadenitdən, limfa vəzilərin vərəmindən, limfoqranulematozdan və limfosarkomadan differensasiya etmək lazımdır Əsas fərqlənmə simptomi-hidradenit dəri qatında əmələ gəlir, limfanın isə xəstəlikləri dərialtı piy qatında
HİDRADENİT
HİDRADENİT
HİDRADENİT
MÜALİCƏ Radikal əməliyyat-iltihaba uğramış tər vəzilərinin kəsilib götürülməsi Ümumi qüvvətləndirici, iltihab əleyhinə və imunstimulyasiyaedici terapiya
FLEQMONA Toxumaların yayılmış iltihabı (dərialtı, əzələlərarası, retroperitoneal və s. ) Törədicisi həm aerob həmdə anaerob mikroorqanizmlər ola bilər Eksudatıt xarakterinə görə fleqmonalar seroz, irinli və çürüntüli formalarına bölünür Seroz forma zamanı konservativ müalicə kifayyətdir, lakin başqa formaları zamanı cərrahi müdaxiləyə müraciyət edilir
RETROPERİTONEAL SAHƏNİN İRİNLİ XƏSTƏLİKLƏRİ Əsasən irinli-iltihabi prosesin (limfadenit, aşağı ətrafların irinli xəstəlikləri), travmaların (açıq və qapalı), yaralanmaların və əməliyyatların nəticəsində əmələ gəlir. Çox hallarda infeksiya limfogen yolla yayılır
RETROPERİTONEAL SAHƏNİN ANATOMİYASI Qarın boşluğunu əhatə edən periton qarındaxili fassiyanın üzərini örtür. Qarnın ön divarında peritonla bu fassiya arasında az miqdarda piy toxuması qatı –peritonönü piy toxuması yerləşir
ANATOMİYASI Periton kisəsinin arxa divarı bilavasitə qarındaxili fassiya üzərində yerləşmir, onlar arasında retroperitoneal adlanan və piy toxuması ilə tutulan sahə əmələ gəlir. Retroperitoneal sahənin arxa divarını diafraqmanın bel və aşağı qabırğa hissəsi, belin kvadrat əzələsi, qalça-bel əzələsi və fassiyası əmələ gətirir. Retroperitoneal sahə şərti olaraq 3 sahəyə bölünür. Diafraqmaaltı, bel və böyük çanağın retroperitoneal hissəsi (qalça çuxuru nahiyəsi).
ANATOMİYASI Retroperitoneal sahə şərti olaraq 3 sahəyə bölünür. Diafraqmaaltı, bel və böyük çanağın retroperitoneal hissəsi (qalça çuxuru nahiyəsi).
ANATOMİYASI Paranefral sahənin infeksiyalaşması hematogen, limfogen yolla, daxilə nüfuz edən yaralanmalar zamanı mümkündür, lakin əksər hallarda böyrəklərlə təmas hesabına (böyrəklərin karbunkulu, pionefroz), destruktiv appendisitlərdə çıxıntı retrosekal və retroperitoneal yerləşən hallarda baş verir. 1 -böyrəkönü fassiya; 2 qarındaxili fassiya; 3 - arxa periton
KLİNİKA Lokalizasiyaya görə peritonarxası irinli proseslər bölünir bel, qalça, qasıq növlərinə Irinliklər peritonarxasında peritonarxası toxumada, böyrəkyanı toxumada və yoğun bağırsaq yanı toxumada yerləşir
KLİNİKA Ümumi simptomlar: Ümumi narahatlıq Baş ağrıları Ümumi zəiflik Titrətmə
KLİNİKA Yerli simptomlar Ağrı sindromu Peritonarxası sahənin kəskin irinli proseslərinin klinikasında ağrı sindromu vacib rol oynayır Xəstəliyin başlanğıcında ağrı nadir hallarda prosesin anatomik lokalizasiyasına uyğun sahədə müəyyən edilir. Ağrı yayılmış xarakterə malik olur və əksər hallarda əvvəlcə zədələnmə sahəsindən kənarda lokalizə olunur
KLİNİKA Yerli simptomlar Ağrı sindromu Irradiasiyaedici ağrılar müxtəlif nahiyələrdə - onurğanın döş şöbəsində, qarnın yuxarı şöbələrində, kürək nahiyəsində, bud və bud-çanaq oynağı nahiyəsində, oma, anus və s. nahiyələrdə müşahidə olunur. Irradiasiyaedici ağrılar hərəkət edərkən, oturmaq, qalxmaq isəyərkən, yan tərəfə çevrilərkən, rotasiya hərəkəti edərkən, budu qaldırmaq və ya bükmək istəyərkən, eləcə də böyük bel əzələsi nahiyəsini, qalça darağı nahiyəsini və s. palpasiya edərkən müşahidə olunur. Xəstələr qalxaraq gəzməyə cəhd edərkən önə və zədələnmə olan tərəfə əyilirlər.
KLİNİKA Şişkinlik (infiltrat) İltihabi infiltratın forması, ölçüsü və lokalizasiyası iltihabi prosesin peritonarxası sahənin hansı şöbəsində inkişaf etməsindən asılıdır. Qalça nahiyəsinin peritonarxası sahəsində inkişaf edən kəskin irinli proseslər zamanı infiltrat qalça çuxurunu və ya onun bir hissəsini tutur; infiltratın səthi hamar, sərhədləri isə dəqiq olur. Parakolitlər zamanı infiltrat ön və arxa qoltuqaltı xəttlər səviyyəsində yerləşir.
KLİNİKA Şişkinlik (infiltrat) İltihabi infiltratın forması, ölçüsü və lokalizasiyası iltihabi prosesin peritonarxası sahənin hansı şöbəsində inkişaf etməsindən asılıdır. Bel lokalizasiyası zamanı infiltrat bilavasitə qalça darağı üzərində yerləşir. Daxildə isə o, onurganın ən uzun əzələsinin bayır kənarına qədər yayılır. Paranefritlər zamanı infiltrat bel nahiyəsində bir qədər yuxarıda lokalizə olunur, bəzən isə sağ qabırğaaltı nahiyədə, düz əzələnin bayır kənarında əllənir
KLİNİKA Obyektiv müayinə Infiltrat xəstənin bərk yerdə qarnı və ya arxası üstə uzanmış vəziyyətində daha yaxşı təyin olunur. Hətta böyük ölçülü irinliklər olduqda belə, fluktasiya təyin edilmir. Bu, irinliyin qalın əzələ və aponevroz qatının arxasında yerləşməsi ilə əlaqədardır.
KLİNİKA Obyektiv müayinə Peritonarxası proses bel nahiyəsində lokalizə olunan hallarda həmin tərəfdə konturların bir qədər hamarlaşmasını müəyyən etmək olur. Peritonarxası sahənin digər iltihabi proseslərində olduğu kimi, irinli proseslər zamanı da sidiyin tərkibində dəyişikliklər və dizurik əlamətlər aşkar olunur.
KLİNİKA Peritonarxası sahənin irinli-iltihabi xəstəlikləri spesifik simptomlara malik olmadığından əksər hallarda klinikaya səhv diaqnozla qəbul olunurlar. Xəstələrdə ümumi simptomlar yerli simptomlardan erkən meydana çıxır. Bir çox hallarda xəstələrə qrip diaqnozlar qoyulur. Çox hallarda malyariya, tif, paratiflə səhv salınır , çünki onlara məxsus simptomlarla (ümumi zəyiflik, halsızlıq, baş ağrıları, hərarət 39 və s. ) keçir. Bəzən belə xəstələr hətta infeksion şöbələrə qəbul olunur.
PERİTONARXASI SAHƏ VƏ ABSESLƏRİN LOKALİZASİYASI Şək. 1 1. Ön peritonarxası sahənin absesi. 2. Arxa peritonarxası sahənin absesi. 3. Peritonarxası diafraqmaaltı abses. 4. Retrofassiyal bel absesi. Şək. 2 1. Peritonarxası toxuma. 2. Böyrək ətrafı toxumalı sahə. 3. Yoğunbağırsaq ətrafı toxumalı sahə. Şək. 1 Şək. 2
KLİNİKA Xəstələr qarın üstü vəziyyətdə bərk çarpayı üzərində müayinə olunurlar. Bu zaman infiltratın sağlam tərəfə qabarıldığı qeyd edilir Uzun çəkən xəstəlik zamanı bir neçə hallarda bel və oma əzələləri atrofiyaya uğrayır. Buda öz sırasında budun kontrakturasına gətirir. Kontrakturanın mexanizmində sinir-reflektor faktorın və beloma əzələsinin irinliklə sıxılması qeyd edilir
DİAQNOSTİKA Icmal rentgenoqrafiya zamanı xəsarət almış tərəfdə bel əzələlərinin konturlarının tamamilə itməsi və skolioz qeyd edilir Peritonarxası irinlikləri paranefritlə differensasiya etmək lazımdır-paranefritlər zamanı perkusiyada ağrıların lokal xarakter daşıması aşkarlanır, halbuki, peritonarxası irinliklər zamanı yayılmış xarakter daşıyır
DİAQNOSTİKA USM-zamanı daxilində yumşalma sahələri – maye tərkibli bir və ya bir neçə boşluğu olan bərk toxuma aşkar edilir. KT infiltratı və ya boşluğu, retpoperitoneal sahənin orqanlarının vəziyyətini müəyyən etməyə imkan verir.
AĞIRLAŞMALAR Fassiyaların dağılması nəticəsində irin buda, xəstəlik uzun çəkərsə düz bağırsağı, qarın və plevra boşluqlarına, və hətda bronxlara açıla bilər Ağır hallarda sepsislə yaranan infeksiyanın generalizasiyası mümkündir
MÜALİCƏ Antibiotikaterapiya prosesi absesləşdirmək üçün istifadə olunur-parenteral və yerli, düz ocağın içinə Ümumi quvvətləndirici terapiya Iltihab əleyhinə terapiya Immunastimulyasiya Effekt olmasa və abses əmələ gələrkən cərrahi əməliyyata üz tutulur-irinlik mənfəzi boşalıb daxilində drenaj boru saxlanılır Cərrahi müdaxilə zamanı yoğun bağırsaq divarı və bud sinirinin zədələnmə təhlükəsini nəzərdə saxlamaq lazımdır
MÜALİCƏ Absesləşməyə qədərki dövrdə aparılan antibiotikoterapiya infiltratın sorulmasına səbəb ola bilər. Cərrahi müdaxiləyə göstərişlər: Konservativ müalicənin effekt verməməsi Xəstənin ümumi vəziyyətinin pisləşməsi Bədən hərarətinin axşamlar yüksəlməsi Titrətmə Ağrının artması Şişkinliyin meydana çıxması Bud kontrakturasının artması USM və KT müayinələrdə infiltratın destruksiya əlamətləri Əməliyyatı absesləşmə əlamətləri meydana çıxan kimi həyata keçirmək lazımdır
Müalicə Bel nahiyəsinin dəqiq topik diaqnoz qoyulan retroperitoneal fleqmonalarında Simon kəsiyindən istifadə olunur İrinli paranefrit arxa-lateral və arxa-medial müdaxilədən istifadə etməklə açılır. Çənbər bağırsaq ətrafı fleqmonalarda ön lateral müdaxilədən, bel nahiyəsinin qalça çuxuruna qədər yayılmış fleqmonalarında, eləcə də bel nahiyəsinin retroperitoneal abseslərinin diaqnozu dəqiq olmayan hallarda universal qəbul olunan Piroqov, Şevkunenko və İsrael kəsiklərindən istifadə olunur. 1 -arxa-lateral, 2 -Simon 3 - İsrael, 4 - arxa-medial kəsikləri 1 - Piroqov, 2 – Şevkunenko kəsikləri
CƏRRAHİ MÜALİCƏ Abses boşluğu açılaraq təmizlənir, antiseptiklərlə yuyulur və palpasiya vasitəsilə təftiş olunduqdan sonra drenləşdirilir. Paranefritlər zamanı bəzi hallarda nefrektomiya tələb oluna bilər. Parakolonal abseslərdə iltihablaşmış appendiks xaric edilir. Appendiksi əldə etmək mümkün olmayan hallarda drenləşdirməklə kifayətlənmək olar
LAPAROSTOMİYA
ÇANAĞIN FLEQMONASI Çanaq daxili və xarici, qalxan və enən formalara bölünürlər Əmələ gəlməsinə görə birincili, nadir rast gəlinən forma və ikincili travmalar (düz bağırsaq, sidik kisəsi və sidik yolu travmaları) və iltihab prosesləri nəticəsində yaranan formaları mövcuddır Irinyaradan mikroorqanizmlər yaralardan, iynə yerlərindən daxil olur Səbəb kimi dərinin və dərialtı toxumanın kəskin irinli xəstəlikləridə qeyd edilir Fleqmona hematomanın irinləməsi nəticəsindədə yarana bilər Infeksiyanın mənşəsi stafilokokk, streptokokk, protey, enterokokk, anaeroblar və klostridilərdir
KLİNİKA Klinika fleqmonanın yerindən və mənbə olan zədələnmiş orqandan aslıdır Daxildə yerləşən fleqmona zamanı çanaq orqanlarının funksiyasında dəyişilmə qeyd edilir Ağrı, iltihab əlamətləri ilə müşahidə olunur Regionar limfa vəziləri böyüyür Fiziolojı ötürmələr pozuntusı qeyd edilir-tenezmalar, dizuriya Nadir olmayan hallarda bağırsaq parezı nəticəsində paralitik bağırsaq keçməməzliyi yaranır
Diaqnostika Rektal və vaginal müayinələr Çanağın rentgenolojı müayinəsi USM KT Laborator müayinə üsulları Differensiyal diaqnostika duqlas boşluğunın absesi, paraproktit , bud-çanaq oynağının irinli artriti və pelvioperitonit arasında aparılmalıdır
MÜALİCƏ Cərrahi müalicə göstərişdir Kəsik yeri fleqmonanın topoqrafiyasından aslıdır, maksimal drenlənmə aparılır elektrootsosın köməyi ilə Yara genişlənib nekroz toxumalar irinin qalan hissəsi ilə xaric olunur Olan sekvestorlar və arakəsmələr barmaqla tamamilə dağıdılır Göstərişləri və əks göstərişləri nəzərə alaraq endoskopik müalicədə aparılır
TƏŞŞƏKKÜRLƏR!