Ferdi Is 777.pptx
- Количество слайдов: 12
Bakı Dövlət Universiteti Tarix Fakültəsi FƏRDİ İŞ FƏNN: Tarixşünaslıq Mövzu: M. Kalankaytuklunun “Albaniya tarixi ” əsəri haqqında mülahizələr və əsərin Azərbaycan tarixşünaslığında yeri Qrup : 1050 Babazadə Şamil
Giriş Bildiyimiz kimi Azərbaycanın X əsrə qədərki vəziyyəti haqqında fikir söyləməyə imkan verən yeganə yerli mənbə Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəridir. Buna görədə Azərbaycanın həmin dövr tarixini oyrənə bilmək üçün M. Kalankaytuklunun “Albaniya tarixi” əsərini dərindən öyrənmək və bu əsərin Azərbaycan tarixşünaslığındakı yerini bilmək lazımdı. Bunun üçün müxtəlif tarixçilərin bu əsər haqqında olan mülahizələrinə baxmaq və ümumi bir fikir əldə etmək lazımdır. . .
VII Yüzilliliyin abidəsi olan Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatlunun “Albaniya tarixi” əsəri üç hissədən ibarətdir və mütəxəssislər belə hesab edirlər ki, ikinci və üçüncü kitablar X əsrdə yazılmışdır. Əlbəttə, VII əsrdə yaşayıbyaratmış müəllif X əsrə qədər, üç yüz il yaşaya bilməzdi. Demək, üç kitabdan yalnız birinin, yaxud X əsrdə yazılması zənn edilən ikisinin müəllifi Moisey Kalankatuklu ola bilərdi. İkinci müəllif barəsində fikirlər çalpaşıqdır. Bəs bu kitablardan hansının müəllifi Moisey Kalankatukludur? Kitabların üçünün də bir müəllif tərəfindən yazılması fikrini söyləyənlər də var. Şübhəsiz ki, kitablar müəllifin ana dilində yazılmışdır.
Əsər strukturuna görə üç hissədən ibarətdir İkinci kitab 552 -ci ildən Birinci hissə Bibliya tarixi başlayır və 711 -ci il hadisələri Üçüncü kitab ərəblərin tarix səhnəsinə çıxmaları, ilə başlayır. Mənbədəki ilə tamamlanır. Burada Sasani- onların 698 -ci ildən 877 -ci ilə Bizans, Sasani-Ərəb məlumata görə, qədər Albaniya, Ermənistan və müharibələri təsvir edilir, mənşəcə Yafəs soyundan İberiyaya hücumlarına həsr alban hökmdarı Cavanşirin bu olan abanlar bu olunub. Daxildə baş verən müharibələrdə iştirakı qələmə hadisələrdən Varaz Tiridatın soyun Getarilər nəslinə alınır. Mihranilərin tarixi, hakimiyyətinin son illəri, mənsubdular. Ermənilər xüsusilə Cavanşirin və Varaz hunlarla qarşılıqlı isə başqa bir nəsildən Tiridatın hakimiyyəti əks münasibətlər, alban Foqarmadan etdirilir, alban katolikosu Nerses (Toqarmadan) törəmələrdir. katolikosu Vironun fəaliyyəti Bakurun fəaliyyəti əks olunub göstərilir.
Əsərin yazılmasında istifadə edilmiş mənbələr K. V. Treverə görə əsərdə aşağıdakı mənbələrdən istifadə olunmuşdur: • Xalq rəvayət və hekayətləri • Monastr və qəsrlərin arxivində saxlanılmış ruhani və kübar şəxslərin bir-birinə göndərdiyi epistolyar janrda yazılmış məktublar
Fəridə Məmmədova isə bu mənbələrə aşağıdakılar da əlavə edir: • Alban aqioqrafik ədəbiyyatı(Alban müqəddəslərinin həyatı və əzabları), • Alban xronikaları (alban katalikosu Vironun xronikası), • Alban kilsə kanonları, • Alban şairi Dəvdəyin Cavanşirin ölümünə həsr etdiyi ağı, • Albanlara məxsus olmayan başqa dildə yazılmış mənbələr Romalı İppolitin (III əsr) xronikası, V-VII əsrlərdə yaşamış erməni müəlliflərinin əsərləri.
İndi isə müxtəlif tarixçilərin "Alban tarixi" əsəri barədə olan araşdırmalarına diqqət edək
Fəridə Məmmədovanın "Alban tarixi" əsəri haqqında araşdırması "Alban tarixi" haqqında yazan F. Məmmədova göstərir ki, müəllifin xronoloji sistemini təhlil etdikdən, habelə, onun dilini, üslubunu, ədəbi fəndlərini öyrəndikdən sonra biz bu yazılı abidənin meydanagəlmə tarixində bəzi təshihlər aparmışıq. Əsərdə tarixqoyma xronoloji təsbitetmə metodu ilə aparılmışdır: 1. İran və Bizans çarlarının hakimiyyət başında olduqları illərə görə. Bu, əsasən, xarici siyasi hadisələrlə bağlı məsələlərdə tətbiq edilmişdir; 2. Əsasən, ilk iki kitab üçün xarakterik olan sinxronlaşdırmaya görə. Tarixqoymada tətbiq olunan bu üsuldan müəllif Albaniyanın daxili həyatı ilə bağlı hadisələrdən söhbət açanda istifadə edir; 3. Böyük alban knyazı Cavanşirin hakimiyyət başında olduğu illərə görə tarixqoyma üsulu. Burada həmin illər İran və Bizans çarları xəttilə, ərəb hökmranlığı illəri ilə paralel qeyd edilir və onlarla sinxronlaşdırılır. Bu üsul yalnız ikinci kitabda tətbiq olunur; 4 Yalnız üçüncü kitabın bir neçə fəslində istifadə olunan alban katolikoslarının hakimiyyəti illərinə əsaslanan üsul; 5. Yalnız erməni tarixinə əsaslanan üsuldur ki, bu da ancaq üçüncü kitabın bir neçə fəslində tətbiq olunur. Tarixqoymada bu üsulların tətbiqi müəyyən ardıcıllığa əsaslanır. "Alban tarixi"nin xronoloji sistemini dərindən öyrəndikdən sonra biz belə bir nəticəyə gəldik ki, əvvəlinci kitabın hamısını və ikinci kitabın ilk fəsillərini (I-VIII fəsilləri) VIII yüzillikdə yaşamış birinci müəllif yazmışdır. İkinci kitabın 9 -52 -ci fəsilləri, habelə, üçüncü kitabın bir neçə fəsli (3 -7, 9 -13 -cü fəsillər) bilavasitə həmin müəllifin qələmindən çıxmışdır. Üçüncü, kitabın 1 -2, 15 -21, bir də 23 -cü fəsillərinin X-XI yüzilliklərdə yaşamış tamamilə başqa müəllif tərəfindən yazıldığı heç bir şübhə doğurmur.
Akademik Ziya Bünyadovun "Alban tarixi" əsəri haqqında araşdırması Bu haqda 1961 -ci ildə “Bir daha Moisey Kalankatuklunun “Albaniya tarixi”nin çap olunmayan səhifələri barədə” adlı məqaləsində yazmişdır. “Albaniya tarixi”nin adına ilk erməni katolikosu Ananiyanın(943 -967 -ci illər) Xaçına gəlməsi ilə əlaqədar rast gəlinir. O, Xaçına. Albaniya katolikosu Qaqikin (948 - 962 -ci illər) dəvətilə 958 -ci ildə gəlmişdir. 1 Qaqik xəbər verir ki, “elə əvvəldən olduğu və “Albaniya tarixi”ndə yazıldığı kimi “o, Albaniya katolikosluğuna müqəddəs Qriqori adından seçilmişdir. Qaqik bu tarix kitabına müraciət etməyi təklif edəndə -o eşitmişdi ki, Albaniya xristianlığı Erməniyyədən qabaq qəbul etmişdi. - Ananiya buna icazə vermədi və dedi ki, bu kitab səhih deyil, çünki “Albaniya- baş yepiskopluq, Erməniyyə isə katolikosluqdur”. Bundan sonra “Albaniya tarixi” erməni katolikosunun əlinə düşür və o tələb edir ki, “albanların xristianlığa qəbul olunması haqqında orada yazılıb bizə lazım olan (yəni bizə əlverişli olan), bizim görmək arzusunda olduğumuz məlumatı həmin “Tarix”dən tapsınlar
Stepannos Orbelianın əsərində "Alban tarixi" əsərinin adının cəkilməsi XIII əsr müəllifi Stepannos Orbelian əsərinin 25 və 26 -cı fəsillərində “A lbaniya tarixi” ndən danışması həmin tarixin müvafiq yerlərinin birbaşa öz əsərinə köçürülməsindən başqa bir şey deyildir; onun 25 -ci fəsli isə tamamilə “Albaniya tarixi”nin “ orta ( yəni ikinci) kitabını”xatırladır (Albanits Patmuteani i mijin hatori).
Qafqazşünas alim A. P. Novoseltsev əsərə belə qiymət verir • Bu, hər şeydən əvvəl Azərbaycan türklərinin əcdadlarının tarixi haqqında qiymətli məlumat mənbəyidir.
İzlədiyiniz üçün təşəkkür!
Ferdi Is 777.pptx