Elvin.pptx
- Количество слайдов: 10
Ad: Elvin Soyad: Abdulla Fənn: Şəxsiyyətin Sosiologiyası Müəllim: Sevinc Əskərova
IV Murad
Sultan IV Murad 17. Osmanlı Padşahı və 96. cı İslam Xəlifəsidir. Hökmdarlıq illəri 1623 -1640 cı illər olmuşdur. İrəvan və Bağdad Fatehidir. IV. Murad İstanbulda Sultan I. Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yedikule (Yeddi qüllə) zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturan əmisi I. Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxta keçdi. Sultan IV Murad
Hakimiyyətinin ilk İlləri Sultan IV. Murad böyük qardaşı Gənc Osmanın faciəvi edamı və ruhi xəstə olan əmisi I. Mustafanın devrilməsi nəticəsində 12 yaşında taxta oturmuşdu. Osmanlı tarixində taxta oturan yaşca ən kiçik sultan olan IV. Muradın anası Mahpeykər Kösəm Validə Sultan dərhal köhnə saraydan Topqapıya gətirilərək cülus (taxt) mərasimi üçün hazırlandı. Ertəsi gün, 10 sentyabr 1623 tarixində Əyyub Sultan Məscidində Əziz Mahmud Hüdayi həzrətlərinin əlindən qılınc quşanmış və 4 gün sonra da sünnət edilmişdir. Sultan IV. Muradın taxta oturması gözlənilməz olduğu üçün padşahlığa hazır deyildi, təhsili qəfəs şəraitindəki qapalı bir otaqda aparılırdı. Böyük qardaşı II. Osmanın şəhid edilməsinə və ruhi xəstə olan əmisi I. Mustafanın devrilməsinə şahid olmuşdu. Ölkə böyük bir xaos içində idi : öz mənfəətləri üçün padşahı belə hədələyən yeniçərilərin üsyanları, Səfəvilərin Bağdadı fəth etməsi, Avstriya təhlükəsi, Cəlali üsyanları, iqtisadi böhran və s
IV. Murad taxta keçər keçməz sürətli bir təhsil müddətinə başladı. Bu müddət ərzində isə padşahın adına dövləti onun anası Mahpeykər Kösəm Validə Sultan "Səltənət naibəsi" olaraq idarə etməkdə idi. Padşahın yerinə dövləti onun anasının idarə etməsi isə Osmanlı tarixində bir ilk idi və nəticələri də ağır oldu. Belə ki, Səfəvilər İraqı ələ keçirdib, Bağdad da daxil olmaq üzrə bir neçə yerdə sünniləri qılıncdan keçirmişdi. Səfəvi orduları Mardin şəhərinə qədər irəliləmiş, Yaxın Şərqdə sünni-şiə tarazlığı pozulmuşdu. Krım, Yəmən, Livan və Misirdə ciddi üsyanlar baş vermişdi. Abaza Mehmed Paşa Şərqi Anadoluda iki dəfə üsyan başlatmışdı. Əsgərlərə verilən maaşlar artır amma buna baxmayaraq alınan verginin miqdarı günü gündən azalırdı. Səfəvilərə qarşı apardığı siyasətdə uğursuz olan Hüsrəv Paşanın sədrəzəmlikdən qovulmasını bəhanə edən əhali 1632 tarixində saraya zorla daxil olub sultandan keçmiş sədrəzəm də daxil olmaqla 17 dövlət adamının kəlləsini istədi. Yeni sədrəzəm Hafiz Paşa yeniçərilər tərəfindən öldürüldü və bir çox dövlət adamının evinə hücumlar oldu. Sultandan şahzadələrini tələb edən yeniçəriləri isə şeyxülislam və sədrəzəm yatırdı.
Hərbi Uğurları IV. Murad dönəmində əldə edilən ən mühüm hərbi uğur sözsüz ki, Səfəvilər üzərinə olan 1623 -1639 səfəridir. Bu müharibədə Osmanlı ordusu Şərqi Anadolu, Ahısqa, İrəvan və Qafqazın mühüm hissəsini ələ keçirmişdi. Anadoluda zəifləyən idarəçilik sistemini gücləndirmək məqsədi ilə keçdiyi hər bir vilayətdə xalqın problemləri ilə maraqlanmış, bəzi vilayətlərin dövlət işçilərini, üsyanpərəst əhalini və Səfəvi cəsuslarını edam etdirmişdir. Anadolu Qanuni Sultan Süleymandan sonra ilk dəfə at üstündə səfərə gedən bir padşah görmüşdü. 1638 tarixində başlayan Bağdad səfəri ilə 14 ildir Səfəvi zülmünə məruz qalan Bağdad şəhəri Osmanlı hakimiyyətinə geri qaytarıldı. Bağdad səfəri Osmanlı tarixinin ən şanlı və göstərişli səfəri olmuş və Sultan IV. Murad bu səfərdən sonra "Bağdad fatehi" ləqəbi ilə anılmışdır. 40 günlük mühasirədən sonra ələ keçən şəhərdə ilk öncə İmam-i Əzəmi ziyarət edən IV. Murad Səlahəddin Eyyubi ilə müqayisə edilir. Bağdadın fəthindən sonra sultan tarixə keçən o məşhur cümləni demişdir: "Bağdadı almağa çalışmaq, Bağdadın özündən daha gözəldir ! "
Sultan IV Muradın Qadağaları Sultan IV Murad çox qəddar biri olmuşdur. Onu hətta ən adi şeyə belə edam cəzası verməsidə bunu göstərirdi. Tütün və Qəhvəyi qadağa elətdirir. Qadağanın səbəbi isə 1630 -cu illərin başında İstanbuldakı Böyük Yanğın olaraq bilinir. Tütündən istifadə edənlərə edam cəzasi tətbiq edilir. Tütündən istifadə edən ordudan olardısa əli, əyağı qırıldıqdan sora boyu vurularmıış. Həmçinin Meyxanə və Qəhvəxanaların Yeniçəri və Üsyançıların toplanma yeri olduğu üçün bağlatdırır. IV Murad özü şəxsən bu qadağaları yaxından izləyir, gecə paltar dəyişdirərək qadağalara nə dərəcədə riayət edildiyini yoxlayırdı, əgər qadağaları pozan olarsa özü şəxsən öldürtdürərdi. Digər bir qadağa isə yatsıdan sonra fənərsiz çölə çıxmaq qadağası idi. Hətta Sultan gecələri paltar dəyişdirərək yoxlanışa çıxır, fənərsiz birini gördükdə edam elətdirərdi. Hətta bir dəfə Məsciddən fənərsiz çıxan imamın uşağını fənərsiz gördüyü üçün edam elətdirir.
Fiziksəl Qüvvəti V Murad Osmanlı Sultanları arasında fiziksəl qüvvətiylə daha çox tanınır. Qaynaqlarda enlikürək, heybətli biri olaraq adı çəkilən Murad olduqca qüvvətli olaraq bilinir. Silahdar Musa Paşayı qurşağından tutaraq Xas Odada bir neçə dəfə gəzdirdikdən sonra yerə qoyduğu deyilir. Padşahın tək qolla 60 kiloqramlıq gürz və 50 kiloqramlıq yayları ustalıqla istifadə etdiyi, Rəvan səfərində top güllələrini tək başına topa qoyduğu, İrandan hədiyyə olaraq gələn və elastiklik müqaviməti az olduğu üçün tək adamın səyiylə qurmağı mümkün olmayan özünə təqdim edilən bir yayı çox adama yoxladmış, ancaq tək başına kimsənin qura bilməməsi üstünə yayın iki ucunu içə doğru əsnədərək yay telini digər ucada yetişdirərək tək başına 2 dəfə qurduğu deyilər. Bir gecə Bağdadda onu öldürmək üçün otağına girən 4 Cəlladı özünün öldürdüyü iddia edilir. Konyada Böyük qardaşı Gənc Osmanın edamından günahkar bilinən iki köhnə yeniçərilərin kütlənin arasında tanımış və gürzüyle öldürmüşdür. Hətta Yaşıyla zarafat edən Yeniçəriyi IV Murad bir həmləylə həm özünü, həm da atını ikiyə böldüyü deyilir. Hindistandan gələn bir elçi heyəti IV. Murada çox möhkəm və hər zərbəyə qarşı dayanıqlı bir qalxan hədiyyə etmişdir. Qalxanın sağlamlığını sınamaq istəyən Padşah adamlarına qalxanı bir yerə asmalarını söyləyər, qalxan asıldıqdan sonra bu qalxana ox atışları etmiş, bu qalxanı dəfələrlə deşmişdir. IV. Muradın gürzü və yayı bu gündə Topqapı Sarayında nümayiş etdirilir. I
IV Muradın Ölümü IV. Murad, Rəvan Səfəri əsnasında ortaya çıxan xəstəliyi (sirroz və ya nikris) səbəbiylə ciddi sağlıq problemləri yaşayır. Hər nə qədər qısa bir dönemliğine düzəlsə də 1639 Noyabrında vəziyyəti təkrar pisləşər. Sağlamlığı lap pisləşincə yaxın ətrafında olanlar IV. Murada içkini buraxmasını təklif etdilər. Olduqca çox içki içən IV. Murad, hər nə qədər xəstəliyi üzərinə içkini bir müddət buraxdısa da xəstəliyi bir az düzələndə təkrar içkiyə başladı. Sağlamlıq vəziyyəti get-gedə pisləşən IV. Murad, qardaşı Şahzadə Qasımı boğdurduğu otaqda hələ 28 yaşında ikən 1640 -ci ildə öldü. IV. Muradın erkən yaşdakı bu ölümü içkiyə olan həddindən artıq asılılığından dolayıydı. Ölmədən əvvəl qardaşı İbrahimi öldürtmək istədiyi ancaq Saraydakıların buna mane olduğu söylənilir.
Diqqətinizə görə Təşəkkürlər
Elvin.pptx